AZ

Yaponiyada iyunun 21-dən bəri 1300-dən çox zəlzələ qeydə alınıb

İyunun 21-dən iyulun 5-dək Yaponiyanın Tokara adaları yaxınlığında baş verən zəlzələlərin sayı 1300-ü keçib.

Bu barədə ölkənin Meteorologiya İdarəsinin nümayəndələri fövqəladə mətbuat konfransı zamanı məlumat veriblər.

Təqdim olunan məlumatlara əsasən, iyunun 21-i yerli vaxtla saat 08:00-dan iyulun 5-i saat 07:00-a qədər maqnitudası 1-dən yuxarı olan 1300-dən çox zəlzələ, o cümlədən 5-6 bal gücündə beş seysmik hadisə qeydə alınıb.

Qeyd olunur ki, sonuncu zəlzələ şənbə günü səhər, iyulun 5-də yerli vaxtla saat 06:29-dabaş verib. Onun maqnitudası 5,4 bal olub. Təbii fəlakətin mənbəyi suyun 19 km dərinliyində yerləşib və sunami təhlükəsi elan edilməyib.

Seçilən
9
33
aznews.az

10Mənbələr