"Zirə" klubunun futbolçu Salifu Suma üçün Ukrayna təmsilçisi "Dinamo Kiyev"dən alacağı məbləğ müəyyənləşib.
Milli.Az xəbər verir ki, Kiyev klubu 21 yaşlı hücumçu üçün "qartallar"a 1.5 milyon avro ödəyəcək.
Ukraynalılar qvineyalı forvard üçün hazırda son prosedurları həyata keçirirlər. Son anda hər hansı sürpriz olmasa, Suma bu komandanın formasını geyinəcək.
Qeyd edək ki, futbolçu 2023-cü ilin yayında Fransanın "Havr" komandasından Bakı təmsilçisinə keçib. /Sport24.az
Milli.Az