AZ

Güclü daşqın 24 nəfərin həyatına son qoydu - FOTO

Texas ştatının mərkəzində baş verən güclü daşqın nəticəsində azı 24 nəfər həyatını itirib, 20-dən çox uşaq isə itkin düşüb.

Milli.Az xəbər verir ki, CNN-in yaydığı məlumata görə, faciə cümə günü səhər saatlarında baş verib. Leysan yağışlar nəticəsində çayların səviyyəsinin sürətlə qalxması ərazidə ciddi fəsadlara səbəb olub. Kerr qraflığında yerləşən Camp Mystic düşərgəsində çayın səviyyəsi cəmi iki saat ərzində 20 futdan (təxminən 6 metr) çox artıb. Düşərgədə olan 20-dən çox qızdan isə hazırda xəbər yoxdur.

Meteoroloqlar bildirir ki, bu bölgəyə bir neçə saat ərzində bir aylıq yağıntı düşüb. Hunt şəhərində cümə günü cəmi üç saatda 6.5 düym (təxminən 165 mm) yağış qeydə alınıb. Bu göstərici bölgə üçün "100 ildə bir" baş verən ekstremal hadisə hesab olunur.

Hazırda Texasda daşqın fövqəladə halları elan olunub. Güclü yağışların şənbə günü də davam edəcəyi proqnozlaşdırılır.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
15
50
milli.az

10Mənbələr