AZ

Türkiyədə Antalya, Adana və Adıyaman bələdiyyə başçıları saxlanıldı


Türkiyədə Antalya Böyükşəhər Bələdiyyə Başçısı Muhittin Böcek, Adana Böyükşəhər Bələdiyyə Başçısı Zeydan Karalar və Adıyaman Bələdiyyə Başçısı Abdurrahman Tutdere saxlanılıb.
Yeniavaz.com
TRT-yə istinadla xəbər verir ki, Antalya Respublika Baş Prokurorluğu tərəfindən başladılan “korrupsiya” istintaqı çərçivəsində Antalya Böyükşəhər Bələdiyyə Başçısı Muhittin Böcek də daxil olmaqla daha üç şübhəli barəsində həbs-qətimkan tədbiri seçilib.
Digər tərəfən, “korrupsiya” istintaqı çərçivəsində həbs qərarı çıxarılan Adana Böyükşəhər Bələdiyyə Başçısı Zeydan Karalar və Adıyaman Bələdiyyə Başçısı Abdurrahman Tutderenin saxlanılmasından sonra polis Adana və Adıyaman bələdiyyə binalarında axtarışlar aparıb.
Seçilən
10
11
yeniavaz.com

10Mənbələr