AZ

Prezident İlham Əliyev venesuelalı həmkarını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro Morosa təbrik məktubu göndərib.

İnterpress.az-ın məlumatına görə, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Venesuela Bolivar Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan-Venesuela dostluq münasibətləri xoş ənənələrə əsaslanır. Əminəm ki, dövlətlərarası əlaqələrimizin möhkəmləndirilməsi, müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımızın böyük potensialının reallaşdırılması istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Venesuela xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.

Seçilən
5
50
interpress.az

10Mənbələr