AZ

Ağstafada “Qərbi Azərbaycan İrsi” kitabının I cildinin təqdimatı - Fotolar

Ağstafada “Qərbi Azərbaycan İrsi” kitabının I cildinin təqdimatı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov çıxış edib.

O bildirib ki, Prezident İlham Əliyevin tövsiyəsi ilə Qərbi Azərbaycan ərazisində azərbaycanlıların tarixən yaratdığı dövlətçilik ənənələri, maddi və qeyri-maddi mədəni irsi, məruz qaldıqları tarixi ədalətsizliklər və cinayətlər, itirdikləri maddi-mənəvi sərvətlər haqqında davamlı tədqiqatlar aparılmaqdadır. Bu istiqamətdə müasir elmi yanaşmalara uyğun yeni fundamental araşdırma – “Qərbi Azərbaycan İrsi” tədqiqatlar seriyası nəşr edilməyə başlanılıb.

“Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlıların maddi-mədəni irsinin – qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildi seriyanın ilk nəşridir və Azərbaycan, ingilis, rus dillərində çap edilib.

Rayon ağsaqqalı Gülgün Kərimov, Qaçqınlar və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Qazax-Ağstafa rayonları üzrə nümayəndəsi Elməddin Əmiraslanov və Ağstafa şəhəri Səadət Şükürova adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin direktor müavini Şəfəq Heydərli mövzuya dair geniş məruzələrlə çıxış ediblər.








Seçilən
25
23
qafqazinfo.az

10Mənbələr