AZ

Tramp Tehrandan şübhələnir | VİDEO

AzVision.az xəbər verir ki, ABŞ prezidenti Donlad Tramp Nyu-Cersi ştatına uçuşu zamanı öz təyyarəsinin göyərtəsində jurnalistlərə belə deyib.

Onun sözlərinə görə, razılaşmaların olmamasına baxmayaraq, Tehrana təzyiq siyasəti öz bəhrəsini verib:İslam Respublikasının nüvə ambisiyaları ciddi şəkildə məhdudlaşdırılıb.

Bununla belə, Amerika lideri İran hakimiyyətinin beynəlxalq ictimaiyyətdən gizlədilən başqa yerdə hadisələri nüvə proqramı üzrə işlərin bərpasına cəhd göstərə biləcəyini istisna etməyib.

“Düşünürəm ki, onların proqramı çox zədələnib, bəlkə də bir daha bərpa oluna bilməyəcək şəkildə. Lakin onlar hər şeyi başqa yerdə yenidən başlaya bilərlər. Biz bunu anlayırıq,- Donald Tramp vurğulayıb.

ABŞ prezidenti İsrailin baş naziri Binyamin Netanyahunun iyulun 7-də Vaşinqtona səfəri zamanı onunla İran məsələsini müzakirə etməyi planlaşdırdığını qeyd edib. ABŞ və İsrail liderlərinin Yaxın Şərqdə təhlükəsizliyin təminatı, İrandan gələn təhdidlər və Tehranın nüvə proqramının inkişafına cavab olaraq mümkün birgə hərəkətləri müzakirə edəcəyi gözlənilir.


Sahil İsgəndərov
AzVision.az
Seçilən
9
50
azvision.az

10Mənbələr