AZ

Tanınmış xankəndililərdən Xankəndidəki tədbirə reakisya: ermənilər yanıb-yaxılacaqlar

Xankəndi - illərlə Ermənistanın və seperatçıların işğalı altında qalan, hətta qondarma rejim tərəfindən paytaxt kimi istifadə edilən tarixi Azərbaycan topağı. Nəhayət, Azərbaycan Ordusu 2023-cü ilin 19-20 sentyabr tarixlərində Ermənistanın işğalını və separatçı rejimi məhv etdi. Tarixi ədalət bərpa olundu və Xankəndidə Azərbaycan bayrağı dalğalanmağa başladı. İllərdir Ermənistanın işğal və separatizm dövrü ordumuzun Xankəndi və bütün Qarabağı azad etməsi ilə sona çatdı. Artıq Xankəndi Azərbaycanın siyasi, iqtisadi və diplomatik gücünün simvoluna çevrilib. 

 

Xankəndi İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünə ev sahibliyi edib. 

 

Modern.az bu tarixi görüşlə bağlı Xankəndinin tanınmış simaları ilə həmsöhbət olub.

 

 

Saytımıza açıqlamasında sabiq deputat, əslən Xankəndidən olan Flora Qasımova söyləyib ki, ermənilər çox yanıb yaxılacaqlar:

 

"Hər il keçdikcə bütün ümidlərimizi itirmək üzrəydik. Min şükür ki, İlham Əliyev kimi Prezidentimiz var, onun apardığı xarici siyasət nəticəsində, bizə qazandırdığı dost ölkələr, eyni zamanda qurduğu güclü ordu nəticəsində bu günləri görürük. Sevinirəm ki, mənim doğma şəhərimə dünya liderləri gəlir, oranı gözləri ilə görürlər, böyük tədbirlər keçirilir. Ermənilər çox yanıb-yaxılacaqlar. Artıq Xankəndi bütün dünyada Azərbaycan şəhəri kimi tanınır. Bu tədbirin orada keçirilməsi Azərbaycan sərhəddindən uzaqlarda - dünyada bilinir. Bundan böyük sevincli gün ola bilməz. Hələ Xankəndinin gözəl günləri qabaqdadır".

 

 

Xankəndi sakini, “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva Xankəndində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Toplantısını ürəyi ilə yaşadığını deyib:

 

"Xankəndində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Toplantısı keçirildi. Mən – Xankəndindən olan bir azərbaycanlı kimi bu anı yalnız ekrandan izləmirəm, ürəyimlə yaşayıram. 30 il torpaq həsrəti ilə keçdi. 30 il bu şəhərin adını çəkəndə içimizdə bir sızı vardı. Amma bu gün – xalqımızın iradəsi, dövlətimizin gücü, şəhidlərimizin qanı bahasına – Xankəndi yenidən Azərbaycanla nəfəs alır.


Və bu nəfəs artıq təkcə bir şəhərin deyil, bir regionun, bir coğrafiyanın dirçəlişinin simvoludur.


30 ildən artıq bir müddət ərzində mən və mənim kimi yüz minlərlə insan doğma yurd həsrəti ilə yaşamışıq. Bu illər ərzində yurdumuz həsrət idi, Xankəndi isə yaddaşlarımızda yaşayan bir ağrı, bir ümid, bir dua idi.


Bu gün isə haqq zəfər çaldı, tarix ədaləti bərpa etdi, Xankəndi yenidən azad nəfəs aldı və bu gün mənim üçün təkcə bir geri dönüş deyil. Bu gün mənim üçün tarixi ədalətin, milli qürurun və beynəlxalq tanınmanın simvoludur.


Azad Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Toplantısı keçirilir. Bu toplantı Azərbaycanın ərazi bütövlüyünün tanındığını, Qarabağın və Xankəndinin artıq sülh, əməkdaşlıq və inkişaf məkanı olduğunu bütün dünyaya bəyan edir.


Zirvə görüşündə iştirak edən dövlət başçılarının – Azərbaycan Prezidenti cənab İlham Əliyev, İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian, Pakistan Baş naziri Şahbaz Şərif, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Tacikistan Prezidenti Emoməli Rəhmon və digər yüksək səviyyəli qonaqların Xankəndidə bir araya gəlməsi – bu torpaqlarda yeni mərhələnin başlandığının açıq və rəsmi göstəricisidir.


Bu gün Xankəndi sadəcə azad deyil – Xankəndi artıq beynəlxalq əməkdaşlığın, iqtisadi gücün və diplomatik dialoqun məkanına çevrilib. Bu mənim üçün təkcə bir hadisə deyil – Vətənimin gücü, xalqımın birliyi, Prezidentimizin qətiyyətidir.


Bu gün Xankəndi səssiz deyil. O danışır – dünyaya deyir ki, bu torpağın sahibi var. Bu torpaq artıq həsrətin yox, ümidin və inkişafın torpağıdır.

 

Mən bu günü gözlədim və bu gün qalib xalqın övladı kimi fəxr edirəm. Xankəndi yenidən bizimdir – həm coğrafiyada, həm də taleyimizdə! Xankəndidə keçirilən bu sammit mənim üçün zəfərin zirvəsidir!"

 

 

Xalq artisti Faiq Şücəddinov isə bildirib ki, bu gün onlar üçün müqəddəs gündür:

 

"4 iyul 2025-ci il Azərbaycan, türk dünyası tarixinə qızıl hərflərlə yazılacaq. Formun Xankəndində keçirilməsi simvolok hadisə idi. İllərdir doğma şəhərimizdən uzaqda yaşamışıq, torpaqlarımız işğal altında olub. Bizim üçün Qarabağ, Xankəndi həmişə müqəddəs məkan olub, artıq bu ərazilər bütün türk dünyası üçün önəmli və müqəddəs məkandır. Çoxları bu cür forumdan sonra etdikləri səhv hərəkətlər üçün peşman olacaq, çoxları bu axşam yata bilməyəcək". 
 

Seçilən
4
25
modern.az

10Mənbələr