AZ

İnanılmaz Türkiyəyə qar yağdı

Türkiyənin şimal-şərqinə iyul ayı üçün nadir hesab edilən güclü qar yağıb.
ONN media xəbər verir ki, Türkiyənin şimal-şərqində, Qara dəniz sahilində, Gürcüstanla sərhəddən təxminən 120 kilometr aralıda yerləşən Rizə şəhərində dağlıq ərazilərdə havanın temperaturu kəskin şəkildə aşağı düşüb.
Rizəli jurnalist Gəncağa Qarafəzlioğlu AFP-yə deyib ki, bundan əvvəl iyul ayında heç vaxt qar olmayıb.
Dəniz səviyyəsindən təxminən 2500 metr yüksəklikdə olan yayla büsbütün qara bürünüb. Qar ən azı 100 kilometr ərazini əhatə edib.
Ən çox zərər çəkən ərazi sahildən təxminən 50 kilometr məsafədə yerləşən Artvin olub.
Qeyd edək ki, Türkiyənin digər ərazilərində meşə yanğınları genişlənib. İndiyə qədər 624 meşə yanğını qeydə alınıb. Yanğınların qəsdən törədildiyi bildirilir və buna görə indiyə qədər 44 nəfər saxlanılıb
Seçilən
0
18
onn.az

10Mənbələr