İyulun 6-da gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata əsasən, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Gün ərzində bəzi yerlərdə fasilələrlə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi axşam mülayimləşəcək.
Havanın temperaturu gecə 19-22° isti, gündüz 24-27° isti proqnozlaşdırılır. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 19-22° isti, gündüz 25-30° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-17° isti olacaq.