AZ

Azərbaycanın gücü və Qarabağda yeni mərhələ

ain.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2025-ci il iyulun 4-də Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünün keçirilməsi təkcə diplomatik və iqtisadi hadisə deyildi — bu, Qarabağın tarixi dönüş nöqtəsini təcəssüm etdirən mühüm mesaj idi. Uzun illər işğal altında qalan bir şəhərin indi beynəlxalq tədbirlərə ev sahibliyi etməsi bütün xalqımız üçün həm qürur, həm də ümid mənbəyidir. Azərbaycan artıq üçüncü dəfədir ki, ECO Zirvə görüşünə ev sahibliyi edir (2006, 2012 və 2025). Amma bu dəfə tədbirin Xankəndidə keçirilməsi xüsusi simvolik anlam daşıyır. Bu, Azərbaycanın öz torpaqlarına sahib çıxmasının, dövlət iradəsinin və bölgədə sülh quruculuğunun göstəricisidir. Zirvədə iştirak edən ölkələrin siyahısı da bu əhəmiyyətə güclü dəstəkdir. Prezident İlham Əliyevlə yanaşı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emomali Rəhmon, İran Prezidenti Məsud Pəzəşkiyan, Pakistan Baş naziri Şahbaz Şərif və digər ölkələrin rəhbərləri iştirak etdilər. Bu, regionda Azərbaycanın lider ölkələrdən bir olduğunu beynalxalq arenaya sübut etdi. Cənab İlham Əliyevin geniş məzmunlu və hərtərəfli çıxışında səsləndirdiyi əsas məqamlar bu zirvəni daha da önəmli etdi. Bunlar aşağıdakılardır:1. İşğal nəticəsində 20%-ə yaxın ərazilərimiz 30 ilə yaxın işğalda qaldı, 1 milyondan çox insan öz torpağından didərgin salındı.2. 2020-ci ildə Vətən müharibəsində əldə olunan Qələbə nəticəsində torpaqlarımız azad edildi, amma Ermənistan tərəfindən zəbt edilmiş şəhərlərimizdə basdırılmış minalar acı reallıqları ortaya qoyur.3. Bütün bu dağıntılara baxmayaraq, Azərbaycan bu gün artıq 50 mindən çox insanın yaşadığı yeni Qarabağ qurur, 16 yaşayış məntəqəsinə qayıdış təmin olunub.4. Qərbi azərbaycanlıların öz dədə-baba torpaqlarına sülh yolu ilə qayıdışı üçün aparılan beynəlxalq mübarizə də davam edir.Zirvə həmçinin “ECO Həftəsi” çərçivəsində keçirilən forumlar (Şuşada Biznes, Ağdamda Gənclər, Laçında Qadınlar), Şərq-Qərb və Şimal-Cənub dəhlizlərində Azərbaycanın rolu və 350 milyard dollar sərmayə ilə iqtisadi nailiyyətləri gündəmə gətirildi.Xülasə, Xankəndidə baş tutan ECO Zirvə görüşü Qarabağın bir zamanlar işğalın simvolu olduğu torpaqdan indi beynəlxalq əməkdaşlığın mərkəzinə çevrildiyini göstərdi. Bu mənzərə, mənim kimi hər bir azərbaycanlı üçün sadəcə tarixi hadisə yox, həm də gələcəyə olan böyük inamdır. Azərbaycanda aparılan düşünülmüş siyasət nəticəsində ölkəmiz - gücü təkcə döyüş meydanında deyil, quruculuq, əməkdaşlıq və liderlikdə də apardığını bir daha sübut etmiş oldu. Sənan Hüseynov – Nəsimi RİH yanında İctimai Şuranın sədr müavini, ADNSU IV kurs tələbəsi

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
50
newscenter.az

10Mənbələr