AZ

Gücümüzün təsdiqi və qələbəmizin beynəlxalq arenada rəsmiləşdirilməsinin portreti

Newscenter.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Tarix boyu Cənubi Qafqazın aparıcı siyasi, iqtisadi və hərbi gücünü Azərbaycan xalqı təşkil etmişdir. Bizim maraqlarımızı nəzərə almadan qurulan hər bir konfiqurasiya və yaxud planlar uğursuzluqla nəticələnmişdir. Bu gündə Azərbaycan xalqının regionun siyasi arxitekturasında üstləndiyi rol hər kəsə bəllidir. Xüsusilə, yeni qlobal nizamın formalaşdığı bu müddətdə Bakının maraqlarını nəzərə almaq zərurətdir.Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşü gücümüzün təsdiqi və qələbəmizin beynəlxalq arenada rəsmiləşdirilməsinin portretidir. Çünki ümumi olaraq 5 illik qısa bir zaman kəsiyində bölgənin siyasi mərkəz kimi tanıdılması cənab Prezident İlham Əliyevin strateji baxışının bariz nümunəsidir.Azərbaycan həm haqlı, həmdə güclü olan tərəfdir. Müasir dövrdə isə bu iki anlayışın vəhdət təşkil etməsi olduqca əhəmiyyətlidir. Çünki, haqlı olmasına baxmayaraq öz müdafiəsini təşkil etməkdə çətinlik çəkən dövlətlər nümunəsi də kifayət qədərdir. Məhz bu səbəbdən gücümüz haqlı olmağımızın qarantıdır.Siyasi şərhçi Pərviz Mirizadə

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
4
33
newscenter.az

10Mənbələr