AZ

Bərdədə polis tərəfindən daha 5 kiloqram narkotik vasitə aşkarlandı

BAKI, 5 iyul. TELEQRAF

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşıkeçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Orxan Qarayev saxlanılıb.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Axtarış zamanı ondan 5 kiloqram marixuana aşkarlanıb. Həmin şəxsin narkotiki satış məqsədi ilə İran sakinindən əldə etdiyi müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanılıb, O.Qarayev barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Seçilən
6
22
teleqraf.com

10Mənbələr