ain.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Orxan Qarayev saxlanılıb.
DİN-in mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, axtarış zamanı ondan 5 kiloqram marixuana aşkarlanıb.
Həmin şəxsin narkotiki satış məqsədilə İran sakinindən əldə etdiyi müəyyən olunub.
Faktla bağlı cinayət işi başlanılıb, O.Qarayev barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.