AZ

Türkiyədə CHP üzvü olanDAHA 3BƏLƏDİYYƏ BAŞÇISI SAXLANILDI

Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları Adananın, Antalyanın və Adıyamanın bələdiyyə başçılarını saxlayıblar.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, saxlanılanlar Adana Böyükşəhər Bələdiyyə Başçısı Zeydan Karalar, Antalya Böyükşəhər Bələdiyyə Başçısı Muhittin Böcek və Adıyaman Bələdiyyə Başçısı Abdurrahman Tutderedir.

 

Saxlanılan bələdiyyə başçılarının hər üçü Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvləridir. Onlarla bərabər daha 12 nəfər bələdiyyə işçisinin saxlanıldığı bildirilir.

 

İstanbul Baş Prokurorluğundan verilən açıqlamada bələdiyyə başçılarının səlahiyyətlərindən sui-istifadə edərək qanunsuz maliyyə əməliyyatlarında iştirak etdikləri qeyd olunur.

Seçilən
7
13
senzor.az

10Mənbələr