Ermənistan əvvəlcə Zəngəzur dəhlizinə qarşı çıxsa da, indi regional iqtisadi inteqrasiyaya qoşulmaq üçün daha çevik mövqe sərgiləyir.
Teleqraf xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan bildirib
"Zəngəzur dəhlizi təkcə Azərbaycan üçün deyil, bütövlükdə bölgə üçün yeni imkanlar yaradacaq. Bu nəqliyyat xəttini biz geoiqtisadi inqilabın bir parçası kimi görürük. Ermənistan və Azərbaycan arasında imzalanacaq sülh sazişi və yaranacaq qarşılıqlı anlaşma sayəsində tarixi fürsət qapılarının bir-birinin ardınca açıldığının şahidi olacağıq", – deyə Ərdoğan vurğulayıb.