Azərbaycanla Pakistan arasında bu ölkəyə investisiya qoyuluşunu nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.
Hafta.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşü çərçivəsində Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə bu ölkəyə investisiya qoyuluşunu nəzərdə tutan Anlaşma Memorandumu imzaladıq.
Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar ilə imzaladığımız sənəd iki ölkə liderlərinin qarşılıqlı iqtisadi münasibətlərin və sərmayə tərəfdaşlığının daha da gücləndirilməsi barədə tapşırığının icrasına təkan verəcək", - deyə paylaşımda qeyd edilib.