Azərbaycan Prezidenti İlham Əliyev görüş zamanı Suriyaya təbii qaz dəstəyi verməyə hazırdır.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
"Qardaşım İlham Əliyev bu məsələyə çox müsbət yanaşdı və "Mən Suriyaya təbii qaz dəstəyi verməyə tam hazıram" dedi. Bu, son dərəcə vacib və dəyərli mövqedir. Çünki hazırda Suriyanın ən ciddi problemlərindən biri enerji çatışmazlığıdır. Təbii qaz olmalıdır ki, enerji təmin edilsin. Biz də indiyə qədər imkanlarımız daxilində Suriyaya dəstək göstərməyə çalışırıq. Amma bu gün İlham qardaşımdan bu müjdəni eşitmək məni həqiqətən çox sevindirdi, içimə rahatlıq gətirdi", –Ərdoğan qeyd edib.
O bildirib ki, Türkiyəyə qayıdan kimi bu xoş xəbəri energetika naziri ilə paylaşacaq:
"Qayıdan kimi dərhal energetika nazirimə bu müjdəni verəcəyəm.Arzumuz odur ki, bizim atdığımız addımlar Azərbaycanla birgə atılacaq addımlarla tamamlanaraq, bu prosesi birlikdə irəli aparaq."
Ərdoğan əlavə edib ki, artıq Suriyaya qarşı sanksiyaların yumşaldılması istiqamətində ilk addımlar atılıb və bu kursun davam etdirilməsi niyyətindədirlər: "İndi əsas məqsəd bu prosesi daha da gücləndirib davam etdirməkdir."