AZ

Ərdoğan: "Azərbaycanla münasibətlərimiz digər dövlətlərdən fərqlidir"

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərindən sonra jurnalistlərə müsahibəsində deyib:

"Bu mənada "iki dövlət, bir millət" şüarı adi ifadə deyil, dərin mənaları ehtiva edir və konkret qarşılığı var, tarix boyu dəfələrlə sübut etmişik. Ona görə də bu bölgədə baş verən hadisələrə kənardan baxa bilmərik. Cənubi Qafqazda sülh və əmin-amanlıq hamıya fayda verəcək. Azərbaycan və Ermənistan arasında sülh prosesinin diplomatik çərçivəsi də tamamlanıb. 2024-cü ilin sonunda Brüssel, Moskva və Tbilisidə keçirilən danışıqlarda sülh sazişinin yekun mətni ilə bağlı razılıq əldə olunub. Ermənistan əvvəlcə Zəngəzur dəhlizinə qarşı çıxsa da, iqtisadi inteqrasiyada iştirak etmək üçün daha çevik yanaşma nümayiş etdirir. Bu regionun inkişafı təkcə Azərbaycan üçün deyil, həm də Ermənistan, bizim üçün, İran və digər ölkələr üçün bir fürsətdir".

AzVision.az
Seçilən
1
50
azvision.az

10Mənbələr