AZ

“OPEC+”a üzv olan 8 ölkə avqustda hasilatı artıra bilər

Sia Az saytından alınan məlumata görə, ain.az bildirir.

“OPEC+”a üzv olan və neft hasilatını könüllü olaraq azaldan 8 ölkə avqustda istehsalı gündəlik 411 min bareldən çox artırmaq barədə qərar qəbul edə bilər. SİA xəbər verir ki, bu barədə TASS-a nümayəndə heyətlərindən birindəki mənbə bildirib.

Bununla belə, agentliyin həmsöhbəti hasilat həcminin artırılması ilə bağlı konkret variantları açıqlamayıb.

“Reuters” agentliyi mənbələrə istinadən bildirir ki, “OPEC+” "səkkizliyi" avqustda hasilatı gündəlik təxminən 550 min barel artıra bilər.

Avqust üçün istehsal parametrləri ilə bağlı yekun qərarın qəbul ediləcəyi görüş iyulun 5-də keçirilməlidir.

“OPEC+”a üzv olan 8 ölkə ötən ilin əvvəlindən hasilatı gündəlik 2,2 milyon barel azaldıb. 2025-ci ilin aprelindən "səkkizlik" istehsalı tədricən artırmağa başlayıb. Apreldə hasilat artımı gündəlik 138 min barel təşkil edib, may ayından iyula qədər isə “OPEC+” sürətləndirilmiş artım variantına keçib - hər ay gündəlik 411 min barel.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
5
16
sia.az

10Mənbələr