Şəkidə bir gündə iki yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, rayonun Soyuqbulaq adlalan ərazisində minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü 29 yaşlı Mustafa İslam oğlu Qeybullayev Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. Onun müalicəsi xəstəxanada davam etdirilir.
Daha bir yol-nəqliyyat hadisəsi Şəki-Qax avtomobil yolunda baş verib. Bu qəzada Bakı şəhər sakinləri olan ümumilikdə 5 nəfərdən ibarət ailə yüngül xəsarət alıb. Onların hamısına Şəki RMX-da lazımi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.