AZ

Zaqatala ağır qəza: 1 nəfər öldü, ata və oğlu yaralandı

Zaqatalada 2 minik avtomobilləri toqquşub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Moderator.az-a bildirilib ki, Zaqatala rayonunun Muğanlı kəndi ərazisində Fəryad İbrahimovun idarə etdiyi KİA markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarında dayanan VAZ-2106-ya çırpılıb.

Nəticədə nəqliyyat vasitəsinin yanında dayanan VAZ-2106-nın sürücüsü, 1966-cı il təvəllüdlü Hüseyn Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Həmçinin sonuncu avtomobildəki sərnişin, 1977-ci il təvəllüdlü Xalidə Əliyeva, KİA-nın sürücüsü Fəryad İbrahimov və 13 yaşlı oğlu da hadisə zamanı xəsarət alıb.

Seçilən
0
50
moderator.az

10Mənbələr