AZ

Ərdoğandan Azərbaycan-Rusiya gərginliyinə münasibət: Əliyev mənə dedi ki...

  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya ilə Azərbaycan arasında son vaxtlar müşahidə olunan gərginlik barədə açıqlama verib.

O, iyulun 5-də Azərbaycana səfərindən qayıdarkən jurnalistlərə verdiyi açıqlamada həm Rusiya, həm də Azərbaycanla dərin diplomatik və strateji əlaqələri olan Türkiyənin bu prosesi diqqətlə izlədiyini bildirib.

Ərdoğan hər iki ölkəni təmkin nümayiş etdirməyə çağırıb:

“Diplomatik gərginliyi yumuşaldacaq açıqlamaların verilməsi məsələnin daha asan və məntiqli şəkildə həllinə şərait yaradacaq. Rusiya və Azərbaycan arasında baş verən mənfi hadisələrin bir an əvvəl sona çatmasını arzulayırıq. Ən böyük istəyimiz odur ki, bu hadisələr iki ölkə arasındakı münasibətlərə bərpaolunmaz zərər vurmasın”.

Türkiyə lideri qeyd edib ki, Ankara diplomatik gərginliyi azaldacaq bəyanatlarla məsələnin daha asan və əsaslı şəkildə həll olunacağına inanır:

“Biz hər iki dostumuzun da bu problemin öhdəsindən gələcək anlayış səviyyəsində olduğunu bilirik. Bu istiqamətdə atılacaq konstruktiv addımlara dəstəyimizi davam etdirəcəyik. Prioritetimiz — onsuz da kifayət qədər münaqişələr yaşamış bölgədə əldə olunmuş çətin sabitliyi pozacaq ani gərginliklərdən qaçmaqdır. Qafqaz artıq yeni bir münaqişəni daşıya biləcək vəziyyətdə deyil”.

Ərdoğan onu da əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi görüş zamanı bu məsələni müzakirə ediblər:

“İlham Əliyev burada çox diqqətli və tədbirli addımlar atır. Məsələni gərginləşdirmək deyil, səssiz şəkildə yoluna qoymaq tərəfdarıdır. Onun mənə dediklərindən anladım ki, bu məsələnin həllini tapacağına inanır və bunu nəzarətdə saxlayır”.//publika.az


Seçilən
8
50
referans.az

10Mənbələr