Bakı. Trend:
Uzun illər işğal altında olmuş Xankəndi şəhəri bu dəfə regionölkələrinin liderlərini qəbul etdi. İqtisadi ƏməkdaşlıqTəşkilatının (ECO) 17-ci Zirvə görüşünün burada keçirilməsi sadəcədiplomatik toplantı deyildi – bu, həm də Azərbaycanın, dövlətbaşçımızın güclü mesajı idi - Qarabağ azaddır, inkişaf yolundadırvə beynəlxalq əməkdaşlığın tamhüquqlu mərkəzidir.
Bunu Trend-əaçıqlamasında politoloq Azər Qarayev deyib.
"Azərbaycanın təşəbbüsü və ev sahibliyi ilə baş tutan sammit həmsiyasi, həm iqtisadi, həm də simvolik baxımdan mühüm məqam idi. 30ilə yaxın işğal altında qalan, dağıdılan və viran qoyulan Qarabağdabeynəlxalq tədbirin keçirilməsi regionda reallıqların dəyişdiyini,Azərbaycanın iradəsinin nəticə verdiyini və ölkənin regionalliderlik rolunu göstərir. Sammitin məhz Xankəndidə keçirilməsi isətəsadüfi deyildi. Prezident İlham Əliyev öz çıxışında bu seçiminarxasındakı strateji və mənəvi səbəbləri aydın şəkildə izah etdi. Obildirdi ki, şəhər uzun illər Ermənistanın qeyri-qanuni nəzarətindəolub, əhalisi etnik təmizləməyə məruz qalıb, mədəni və dini irsdağıdılıb. 2020-ci ildə 44 günlük Vətən müharibəsi ilə Azərbaycanöz ərazi bütövlüyünü bərpa etdikdən sonra isə bu ərazilərdə bərpavə yenidənqurma prosesi başladı.
Məhz buna görə Xankəndi - bir vaxtlar separatizmin mərkəzi kimitanınan şəhər - bu gün beynəlxalq diplomatiyanın ünvanına çevrildi.Bu, həm Azərbaycan xalqı, həm də region ölkələri üçün “keçmişdəngələcəyə körpü” deməkdir", - o bildirib.
Onun sözlərinə görə, sammitdə İran, Pakistan, Qırğızıstan,Tacikistan, Türkmənistan, Qazaxıstan, Türkiyə və digər ölkələrinyüksək səviyyəli liderləri iştirak etdi.
"Bu, Azərbaycanın beynəlxalq nüfuzunun bariz göstəricisi idi.Liderlərin Xankəndiyə gəlməsi bir daha sübut etdi ki, artıq heç birqüvvə Azərbaycan ərazilərində qanunsuz rejimlər qurmaq, etnikseparatizmi stimullaşdırmaq və regional stabilliyi pozmaq gücündədeyil. Burada keçirilən sammit təkcə ECO ölkələrinin birliyininümayiş etdirmədi, eyni zamanda, Azərbaycan diplomatiyasının necəçevik və sistemli şəkildə işlədiyini də göstərdi. Liderlərin biraraya gəldiyi bu məkanda regional əməkdaşlıq, iqtisadi inteqrasiya,enerji təhlükəsizliyi və iqlim dəyişikliyi kimi önəmli məsələlərmüzakirə olundu", - o bildirib.
A.Qarayev qeyd edib ki, Prezident İlham Əliyev tədbirdə çıxışızamanı Ermənistanın Azərbaycan ərazilərinin bir hissəsini işğaletdiyi dönəmlərdə burada törədilən vəhşiliklərdən, şəhərlərindağıdılmasından söz açdı.
"Dövlət başçısı Qarabağın keçmişi və bu gününü göstərdi.Azərbaycan ərazilərinin təxminən 20 faizini 30 ilə yaxın işğalaltında qalsa da, 2020-ci ildə Azərbaycan Ordusu cəmi 44 günərzində 30 illik həsrəti tamamilə bitirdi. Hazırda isə işğaldanazad edilmiş bütün Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslıbərpa-quruculuq işləri aparılır, region bir neçə il ərzindəonilliklərin inkişaf yolunu keçir. Artıq bu ərazilərə keçmişməcburi köçkünlər qayıdır, öz doğma yurdlarında yaşayırlar.Prezident İlham Əliyevin də dediyi kimi, bu günə qədər 16 şəhər vəkəndə keçmiş məcburi köçkünlərin qayıdışını təmin edilib, hazırdaazad edilmiş ərazilərdə 50 mindən çox insan yaşayır, çalışır vətəhsil alır. Həmçinin, dövlət başçısı Ermənistan ərazisindən zorlaqovulmuş azərbaycanlıların geri qayıdış hüququna da toxundu.Ermənistan Qərbi Azərbaycan İcması ilə dialoq istəmir, dialoqu rəddedir. Lakin bu məsələ yekunda həll edilməlidir, buna görə də Qərbiazərbaycanlıların Ermənistandakı öz dədə-baba torpağına qayıdışıüçün səylər bundan sonra da davam etdiriləcək. Prezident İlhamƏliyevhəmçinin Azərbaycandakı investisiya iqliminə, nəqliyyatdəhlizləri məsələsinə, energetika və digər sahələrdə əməkdaşlığa daxüsusi qeyd etdi", - o bildirib.
Politoloq vurğulayıb ki, Zirvə görüşündə daha bir mühüm qərar -Şuşanın 2026-cı ildə ECO-nun turizm paytaxtı elan edilməsi oldu. Buqərar Qarabağın yalnız siyasi yox, həm də iqtisadi və mədənibaxımdan reabilitasiya olunduğunu sübut edir.
Onun sözlərinə görə, tədbirdə iştirak edən liderlər də tədbirinXankəndidə keçirilməsinin önəmini qeyd etdi.
"Qırğızıstan Prezidenti Sadır Japarov görüşün AzərbaycanınQarabağ bölgəsində yerləşən, sülh rəmzi olan tarixi Xankəndişəhərində keçirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğuladı.Rəcəb Tayyib Ərdoğan, öz növbəsində, tədbirin işğaldan azad edilmişbir şəhərdə - Xankəndidə keçirilməsinin Zirvə görüşünü xüsusi birəhəmiyyət və məna qazandırdığını qeyd edi. Qazaxıstan baş naziri dəbu məsələyə toxunaraq, Zirvə görüşünün Xankəndidə keçirilməsininAzərbaycanın sülh və inkişafa dəstəyini ifadə etdiyini söylədi.Digər liderlər də bunu xüsusi qeyd edərək, dünyaya Azərbaycanınsülhün tərəfdarı olduğunun, bu ərazilərin tarixən Azərbaycanərazisi olduğunun açıq mesajını verdilər", - o bildirib.
A.Qarayev qeyd edib ki, İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ciZirvə Görüşü Azərbaycanın ev sahibliyi etdiyi tədbirlər sırasındaxüsusi yer tutur.
"Bu tədbir bir neçə istiqamətdə önəm daşıyır. Birincisi, bu,Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq səviyyədə tanındığı vəqəbul edildiyi göstərir, və bir çox liderin səfəri ilə bütündünyaya bunu nümayiş etdirir. İkinci, regional nəqliyyat, enerji vəticarət məsələlərində Azərbaycanın liderlik rolunu, ölkəmizin bütünregionun rifahı naminə atdığı addımlarını və səylərini növbəti dəfəortaya qoyur. Üçüncüsü isə Azərbaycanın keçmişin ağrılarınıunutmadığını və eyni zamanda gələcəyə baxdığını nümayiş etdirildi.Xankəndi bu gündən etibarən yalnız azad olunmuş şəhər deyil - o,həm də regional əməkdaşlıq üçün yeni platformadır. Burada keçirilənzirvə göstərdi ki, Azərbaycan təkcə sülh istəyən deyil, həm də onutəşkil edə bilən, regional proseslərə yön verən dövlətə çevrilib",- A.Qarayev əlavə edib.