AZ

2024-2025-ci tədris ilində 5 yaşlı uşaqların 87%-i məktəbəhazırlıq təhsili ilə əhatə olunub

Bakı. Trend:

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ildə1-5 yaşlı uşaqların sayı 609 min, məktəbəqədərtəhsilə cəlb olunmuş uşaqların sayı 232 800 nəfərolub. Bu 2024-cü ildəki uşaq sayının 38.2%-dir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Elm və TəhsilNazirliyindən məlumat verilib.

Bildirilib ki, 2024-2025-ci tədris ilində ölkə üzrə 5 yaşlıuşaqların 87 %-i məktəbəhazırlıq təhsili ilə əhatəolunub.

Eyni zamanda, dövlət büdcəsinin vəsaiti hesabına 3167 ümumi təhsil müəssisəsində təşkil olunmuş 6minədək məktəbəhazırlıq qrupunda 91200-dək 5 yaşlı uşaq təhsil alıb, 1 675dövlət və 162 özəl məktəbəqədər təhsilmüəssisəsində ümumilikdə 117 500-dək uşaqməktəbəqədər təhsilə cəlb olunub.

Qeyd edilib ki, bununla yanaşı, alternativ məktəbəqədər təhsilmodelləri kimi fəaliyyət göstərən icma əsaslı və ailə tipliməktəbəqədər təlim qruplarında iştirak və dövlət-özəl tərəfdaşlıqmodelinin tətbiqi vasitəsilə 5 yaşlıların məktəbəhazırlıq təhsilinəəlçatanlığı artırılıb.

Seçilən
1
37
az.trend.az

10Mənbələr