AZ

ABŞ İsrailin müdafiəsini gücləndirmək üçün HƏRƏKƏTƏ KEÇDİ - Ukraynaya...

Ağ Ev administrasiyası İsrailin müdafiəsini gücləndirmək məqsədilə Kiyevə bir sıra silah tədarüklərini dayandırıb.

Musavat.com-un xəbərinə görə, bu barədə “The Washington Post” qəzetinin şərhçisi Ceyson Uillik öz köşə yazısında məlumat verib.

Uillikin sözlərinə görə, ABŞ prezidenti Donald Trampın İrana qarşı hava zərbələri ilə bağlı qərarı Vaşinqtonun xarici müdaxilələrə qarşı çıxmalı olduğunu düşünən tərəfdarlarını şoka salıb. Bununla yanaşı, jurnalist qeyd edir ki, bu həftə Tramp “şahinləri”də məyus edib – çünki Ukraynaya bir sıra əsas silahların tədarükünü dondurub.

Uillik yazır ki, bu qərarlar ilk baxışda bir-birinə zidd görünə bilər, lakin əslində “eyni medalın iki üzüdür”. Onun fikrincə, ABŞ-ın xarici siyasətdə əsas problemi ondan ibarətdir ki, Vaşinqtonun dünya üzrə götürdüyü müdafiə öhdəlikləri ölkənin real hərbi imkanlarını üstələyir. Məhz bu səbəbdən Ağ Ev müxtəlif prioritetlər arasında seçim etməyə və kompromislərə getməyə məcbur qalır.

Müəllifin fikrincə, Tramp üçün İsrailə maksimum dəstək vermək və Ukraynanı risk qarşısında qoymaq daha cəlbedici görünür. O qeyd edir ki, Patriot raketdən müdafiə sistemlərinin Kiyevə tədarükünün dayandırılması ilə İsrailə göstərilən yardım arasında birbaşa əlaqə var. Həmçinin xatırladılır ki, Vaşinqton bu raketləri 23 iyun tarixində İranın cavab zərbəsi zamanı Qətərdə yerləşən ABŞ hərbi bazasının müdafiəsində istifadə etmişdi.

Ceyson Uillik yekunda vurğulayır ki, ABŞ-ın məhdud hərbi resurslarının bölgələr üzrə bölüşdürülməsi nəticəsində “İsrail Ukraynanın hesabına qalib gələ bilər”.

Digər tərəfdən, “Responsible Statecraft” nəşri yazır ki, ABŞ-ın Ukraynaya yardımı dayandırmaq qərarı Kiyevdə ciddi təşviş yaradıb.

Musavat.com

Seçilən
16
50
musavat.com

10Mənbələr