AZ

Narkozdan komaya düşən şəxs 81 gün sonra ÖLDÜ

Komaya düşən Ucar sakini 81 gün sonra vəfat edib.

Viral.az APA-ya istinadən xəbər verir ki, 26 yaşlı Sübhan Hüseynov müalicə aldığı xəstəxanada bu gün dünyasını dəyişib. Mərhum doğulduğu kənd qəbirstanlığında dəfn olunacaq.

Qeyd edək ki, 15 aprel 2025 – ci ildə səhhətində yaranmış problemlə əlaqədar Ucar Rayon Mərkəzi Xəstəxanasına müraciət edən rayonun Qazyan kənd sakini, 1999- cu il təvəllüdlü Sübhan İlham oğlu Hüseynova bel nahiyyəsində olan dermoid kistadan əməliyyat olunması məsləhət görülüb.

Son Yazılar:

Əməliyyata hazırlanan S. Hüseynova verilən narkozdan sonra o, kamotoz vəziyyətində reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır olduğundan xəstə Bakı şəhərində yerləşən xəstəxanalardan birinə hospitalizasiya olunub.

Seçilən
4
50
viral.az

10Mənbələr