TƏBİB Mingəçevirdə Kür çayında iki katerin toqquşması nəticəsində xəsarət alanlarla bağlı məlumat yayıb.
Qurumdan Viral.az-a bildirilib ki, bu gün saat 16:00 radələrində Kür çayında baş verən 2 qayığın toqquşması nəticəsində ikisi azyaşlı olmaqla 6 nəfər (5-i kişi, 1-i qadın cinsli olmaqla) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Onlardan 1983-cü il təvəllüdlü şəxsə (kişi cinsli) bud boyununun sınığı diaqnozu təyin edilib. Zəruri tibbi yardım göstərilən pasiyentin vəziyyəti stabildir olaraq qiymətləndirilir.
Son Yazılar:
- TƏBİB kater qəzasında xəsarət alanlarla bağlı açıqlama YAYDI
- Narkozdan komaya düşən şəxs 81 gün sonra ÖLDÜ
- Beyləqanda iki gün əvvəl kanalda batan 14 yaşlı gəncin meyiti TAPILDI
Digər 5 nəfər şəxsə isə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.
***
Fövqəladə Hallar Nazirliyinə Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində 2 ədəd mühərrikli qayığın toqquşması barədə məlumat daxil olub.
FHN-dən Viral.az-a bildirilib ki, məlumatla əlaqədar nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub və qayıqların vətəndaşlarla birgə sahilə çıxarılması təmin edilib.
Qəza nəticəsində su nəqliyyat vasitələrində olan 5 nəfər vətəndaş yüngül xəsarət alıb.
***
Mingəçevirdə Kür çayında iki kater toqquşub.
Viral.az xəbər verir ki, hadisə nəticəsində azı 5 nəfər xəsarət alıb.
Xəsarət alanlar Mingəçevir Şəhər xəstəxanasına çatdırılıb. Yaralıların kimliyi araşdırılır.
Faktla bağlı araşdırma başlanıb.