BAKI, TurkicWorld
"AZCON Holding"ə daxil olan "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Bakı Limanında Əfqanıstanın Baş nazirinin iqtisadi məsələlər üzrə müavini Əbdül Qani Bəradərlə görüş keçirib.
TurkicWorld xəbər verir ki, görüş zamanı tərəflər Cənubi Asiya-Qafqaz-Avropa marşrutu üzrə yükdaşıma coğrafiyasının genişləndirilməsi və Əfqanıstanın Orta Dəhliz başda olmaqla regional multimodal nəqliyyat şəbəkələrinə inteqrasiyası məsələlərini müzakirə ediblər.
Əfqanıstan rəsmiləri Bakı Limanı vasitəsilə məhsulların ixracının sürətləndirilməsinə dəstək göstərilməsini xahiş ediblər. ADY isə əfqan mənşəli məhsulların Avropa bazarlarına çatdırılması istiqamətində əməkdaşlığa hazır olduğunu bildirib.