AZ

Kurban Berdıyev özünə üç nəfər yeni köməkçi gətirdi

ain.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev özünə 3 nəfər yeni köməkçi gətirib.

QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, qazaxıstanlı Aleksandr Kornilov həkim, italiyalı Marko Kaser fiziki hazırlıq üzrə məşqçi, onun həmyerlisi Vinçenzo Çestaro isə atletik hazırlıq üzrə məşqçi vəzifəsinə təyin olunub.

Aleksandr Kornilov vətənində "Spartak Semey", "Altay", "Kayrat" və "Yelimay" komandalarında çalışıb. 

Fiziki hazırlıq üzrə məşqçi Marko Kaser  İtaliyada "Salernitana", "Belluno", "Novara", Maltada "Valetta" və "Birkirkara", Tunisdə "Sfaksien", Qətərdə "Əl-Qarafa", İranda "Nassaci", "Traktor" və “Fulad” komandalarında işləyib. 

Son olaraq Maltanın "Hamrun" klubunda bu vəzifəni icra edən Vinçenzo Çestaro isə daha əvvəllər Maltada "Valetta", Çexiyada "Viktoriya", İtaliyada "Çavese", "Focca",  "Avellino" və "Noçerina" kimi klublarda çalışıb. 

Hər üç mütəxəssislə 1 illik müqavilə imzalanıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
13
qol.az

10Mənbələr