Suraxanıda qanvermə aksiyası keçirilib.
“Qafqazinfo” xəbər verir ki, Aşura günü qana ehtiyacı olan xəstələrə yardım məqsədilə Suraxanı rayonu Qaraçuxur məscidində təşkil olunmuş könüllü qanvermə aksiyasında Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, RİHB-nin müavinləri, rayon ictimaiyyəti iştirak ediblər.
500-ə yaxın vətəndaşın iştirak etdiyi aksiyada hər bir donorun sağlamlığı həkim-hematoloqlar tərəfindən öncədən yoxlanılıb və tibbi müayinədən sonra 200-dən artıq şəxsdən qan götürülüb.



