AZ

Məmmədli sakinləri acınacaqlı durumda: Şikayətimizə baxan yoxdur (VİDEO)

Qaynarinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Abşeron rayonu, Məmmədli qəsəbəsinin sakinləri antisanitar vəziyyətdən şikayətçidirlər. Belə ki, ərazidə zibil qutuları olmadığından vətəndaşların əksəriyyəti tullantıları gölə atır. Həmçinin ətraf ərazilərdəki çirkab suları gölə axıdılır. Nəticədə ətrafa üfunət yayılır.

Aidiyyəti qurumlara dəfələrlə müraciət etdiklərini deyən sakinlər şikayətlərinin cavabsız qaldığını bildirirlər:

"Dəfələrlə şikayət etmişik, amma baxan yoxdur. Bələdiyyə əraziyə zibil qabı qoysaydı, camaat bura tullantı atmazdı".

Məsələ ilə bağlı Abşeron Rayon Məmmədli bələdiyyəsindən qeyd edilib ki, mövcud problemlərlə bağlı aidiyyəti qurumlara məlumat verilib, amma tədbir görən olmayıb:

"Vətəndaşlar zibil pulunu ödəmirlər, bunun əvəzinə zibilləri açıq əraziyə və gölə atırlar".

Üfunətə səbəb olan çirkab sularına gəlincə, bələdiyyədən bildirilib ki, sakinlər kanalizasiya borularını özləri gölə çəkiblər. Problemlə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən isə bildirilib ki, Məmmədli qəsəbəsində mərkəzləşdirilmiş tullantı su şəbəkələri yoxdur. Amma təchizat sisteminin olmadığı ərazilərdə şəbəkənin yaradılması üçün layihə sənədləri hazırlanıb və inşa prosesi mərhələlərlə aparılır.

Ətraflı Baku TV-nin videomaterialında:

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
13
qaynarinfo.az

10Mənbələr