AZ

Britaniya Suriya ilə diplomatik münasibətlərin bərpa olunduğunu açıqlayıb

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi Suriya ilə diplomatik münasibətlərin bərpa olunduğunu açıqlayıb.

Bizimyol.info xəbər verir ki, Britaniyanın XİN rəhbəri bunu Dəməşqə səfəri zamanı deyib. Bu, Britaniyalı nazirlərin son 14 ildə Suriyaya ilk səfəri idi.

“Böyük Britaniya Suriya ilə diplomatik münasibətləri bərpa edir, çünki rəsmi London bütün Suriya vətəndaşları üçün sabit, daha təhlükəsiz və firavan gələcək qurmaq səylərində yeni hökuməti dəstəkləyir və bu bizim maraqlarımıza uyğundur”, - deyə qeyd edib.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp iyulun 1-dən Suriyaya qarşı sanksiyaların ləğvi haqqında fərman imzalayıb. Rusiya liderinin mətbuat katibi Dmitri Peskov da bəyan edib ki, Rusiya Suriyanın hazırkı rəhbərliyi ilə münasibətləri saxlayır.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
50
icma.az

10Mənbələr