ain.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
30 ölkədən 300-dək boksçunun qatıldığı Dünya Kubokunda yarımfinal döyüşləri davam edir.
Fanat.Az xəbər verir ki, Azərbaycanın daha bir boksçusu Qazaxıstanın paytaxtı Astanada keçirilən yarışda məğlub olub.
Bu barədə Azərbaycan Boks Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Məhəmmədəli Qasımzadə (60 kq) braziliyalı Luis Qabriel du Nasimentoya uduzaraq bürünc medalla kifayətlənib.
Qeyd edək ki, daha əvvəl Sübhan Mamedov (50 kq) da yarımfinalda uduzaraq bürünc mükafat əldə edib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.