AZ

Aşura ilə bağlı fikir ayrılığı – bu gündür, yoxsa sabah? 

Ramazan və Qurban bayramlarında olduğu kimi, Aşura günü də “bölündü”. Belə ki, Məhərrəmlik ayı ilə bağlı Aşura günü yenidən mübahisələrə səbəb olub. Bəziləri bu günü 5 iyulda, digərləri isə 6 iyulda qeyd edir. Eyni dini tarix üçün iki fərqli təqvim yanaşması ictimaiyyətdə çaşqınlıq yaradıb və illərdir davam edən “Aşura nə vaxtdır?” sualını bir daha gündəmə gətirib.

Globalinfo.az-a danışan ilahiyyatçı Əkrəm Həsənov deyib ki, Azərbaycanda Aşura günü iyulun 5-nə təsadüf edir.

O qeyd edib ki, Aşura – Hicri təqviminin Məhərrəm ayının 10-cu günüdür:

“Bu gün Kərbəla faciəsinin baş verdiyi gündür. İmam Hüseynin (ə) və ailə üzvlərinin, yaxın səhabələrinin haqq uğrunda şəhid edilməsi təkcə bir məzhəbin deyil, bütün islam aləminin yaddaşında dərd, ibrət və təfəkkür günü kimi yaşayır. Bu günün mahiyyəti şəxsi emosiyalara deyil, haqq uğrunda mübarizənin dərin mənasına əsaslanmalıdır. Aşura günü hüzn, düşüncə, tövbə və Allaha yaxınlıq günüdür. Günahdan çəkinmək, ədaləti, mərhəməti, haqqı və haqqa sadiqliyi yada salmaq lazımdır”.

İlahiyyatçı deyib ki, Aşura təkcə keçmişin deyil, bu günün və gələcəyin də yol göstəricisidir:

“Hər kəs bilməlidir ki, islam qadağalar dini deyil, hikmət və ədalət dinidir. İmam Hüseynin (ə) mübarizəsi də insanın azad, şərəfli, düşüncəli və haqq yolda olması üçündür. Aşura günü, eyni zamanda, əfv, mərhəmət, dua, insanlıq dəyərlərini qoruma günü kimi də xatırlanmalıdır”.  

Seçilən
14
22
referans.az

10Mənbələr