AZ

İranda hakimiyyət dəyişikliyi ilə bağlı şayiələr artır: Xamenei 25 gündür meydana çıxmır...

Yazını böyüt
Yazını kiçilt

İranda ali dini lider  Ali Xameneinin uzun müddət ərzində ictimaiyyət qarşısına çıxmaması səbəbindən hakimiyyətin dəyişməsi ilə bağlı müzakirələr intensivləşib.

Hafta.az İsrail mediasına istinadla xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Xamenei artıq 25 gündür ki, ictimaiyyət qarşısına çıxmır, bu isə onun sağlamlığı ilə bağlı müxtəlif şayiələrin yayılmasına səbəb olub. Bu müddət ərzində Ayətullah yalnız iki dəfə video-müraciət edərək xalqa müraciət edib. Bu, xüsusilə dini mərasimlər dövründə onun şəxsi iştirakını gözləyənlər üçün qeyri-adi bir vəziyyətdir.

“Bild” nəşrinin məlumatına görə, 13 iyun tarixində İsrailin İrandakı nüvə obyektlərinə hava hücumları başlandıqdan sonra Xamenei yeraltı sığınacağa çəkilmiş ola bilər. Hücumlar nəticəsində Fordo, İsfahan və Natanzdakı mühüm obyektlər zərər görmüş, döyüşlər təxminən 12 gün davam edib. O vaxtdan bəri tərəflər Qətərin vasitəçiliyi ilə müvəqqəti atəşkəs əldə ediblər.

Bəzi ekspertlər bu hadisələrin İran rejimi üçün dönüş nöqtəsi olduğunu düşünür.

Politoloq Əli Fətullah-Necad jurnalistlərlə söhbətində Xameneinin artıq bu vəzifəni yerinə yetirəcək nə fiziki, nə də mənəvi qüvvəyə sahib olduğunu bildirib. O, ölkədə artıq Ali Xameneinin varisi olacaq potensial liderlərin müzakirə olunduğunu da əlavə edib.

Seçilən
1
49
hafta.az

10Mənbələr