AZ

Pezeşkianla Xankəndi görüşündə divarda asılan xalçanın mesajı

Xankəndidə Azərbaycan və İran prezidentlərinin görüşündə diqqət çəkən bir məqam var: Divarda asılan xalça. Bu xalça türk coğrafiyasında ortaq mədəni kodlara işarədir.

Kult.az xəbər verir ki. bu sözləri tarixçi alim, dosent Zaur Əliyev deyib.

O bildirib ki, Buxara motivli xalçanın divardan asılması siyasi yox, mədəni və neytral seçimdir:

“Bu, İran və Azərbaycanın ortaq dəyərlərə, xalçaçılıq mədəniyyətinə hörmətinin göstəricisidir. Qarabağın ortasında bu cür universal simvol seçilməsi həm daxili auditoriya, həm də beynəlxalq ictimaiyyət üçün diplomatik balansı əks etdirir.

Azərbaycan, İran və Türkmənistan xalçaçılığı arasında ortaq gül motivləri var. Bu xalça həmin ortaq mədəni kodlara işarədir. Görüş zamanı bu xalça siyasi deyil, mədəni zənginlik mesajı verir. Qarabağ xalçası seçilsəydi, bu, daha çox milli mesaj olardı və diplomatik cəhətdən həssas ola bilərdi. İran tərəfi ilə görüşdə daha neytral “Buxara tərzi xalça” seçilib ki, sakitlik, hörmət və tərəfsizlik mesajı verilsin.

Lakin burda gizli bir mesaj da var. Bu xalçada sumblminal olaraq Bütöv Azərbaycana işarə edilir: Günbəzin içində xalça və xalçada olan iki naxış.

Azərbaycan diplomatiyası son beş ildə bütün kodlardan və mesajlardan peşəkarcasına istifadə edir”.

Seçilən
14
19
axar.az

10Mənbələr