Missiya.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Xankəndi səfərindən sonra jurnalstlərə “Zəngəzur dəhlizi” sayəsində “tək Azərbaycan üçün deyil, bütün region üçün” açılacaq “imkanlardan” danışıb.
Missiya.Az “TRT Haber”ə istinadən xəbər verir ki, Ərdoğan Ermənistanın “əvvəlcə Zəngəzur dəhlizinə qarşı çıxdığını, indi isə iqtisadi inteqrasiyada iştirakla bağlı daha çevik mövqe tutduğunu” deyib.
"Biz bu xəttə təkcə geosiyasi xətt kimi deyil, həm də geoiqtisadi inqilabın bir hissəsi kimi baxırıq. Zəngəzur dəhlizinin açılması Orta Dəhliz üçün strateji inkişaf olacaq. Dəhliz açılanda türk malları Xəzər dənizindən keçərək Orta Asiya və Çinə daha sürətlə çatacaq, Avropadan Çinə açılan bir çox mallar da Türkiyənin cənubundan Çinə açılan bir çox dəhlizləri əhatə edəcək. Bizə və Azərbaycana əlavə olaraq, Çindən gələn yol ilə də inteqrasiya olunur. Bu xətt dəmir yolu sistemini də əhatə edir. Bu səbəbdən də yükdaşımalarda Zəngəzur xəttinin əhəmiyyəti artır və artacaq. Orta dəhliz bütün gücünü buradan alır"... - Ərdoğan bildirib.
Elcan
Missiya.Az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.