İrəvanda naməlum şəxs polis avtomobilini oğurlayaraq qaçıb.
Axar.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Məlumata görə, hadisə iyulun 5-də saat 12:00 radələrində baş verib. Naməlum şəxs İrəvanın mərkəzində şimal prospektindən Samand polisinin avtomobilini qaçıraraq Şenqavit inzibati rayonu ərazisində qəza törədib. Bundan sonra o, maşını tərk edərək qaçıb.
Faktla bağlı cinayət işi açılıb.