AZ

Misirdə mikroavtobusların toqquşması zamanı 9 nəfər ÖLDÜ

Redaktor.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Misirn paytaxtı Qahirənin şimalında yerləşən Əl-Minufiya əyalətində iki mikroavtobusun toqquşması nəticəsində doqquz nəfər ölüb, 11 nəfər yaralanıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Al Masry Al Youm” qəzeti məlumat yayıb.

Qəzanın Qahirədən İsgəndəriyyəyə gedən yolda baş verdiyi bildirilir.

“İlkin məlumatlara görə, hadisə nəticəsində doqquz nəfər həlak olub, 11 nəfər yaralanıb. Səlahiyyətli orqanlar isə Səhiyyə Nazirliyi ilə razılaşdırmaqla yaralananlar və ölənlər barədə yekun məlumatların hesablanmasını davam etdirirlər”, - məlumatda qeyd olunub.

Nəşrin məlumatına görə, zərərçəkənlərə tibbi yardım göstərilib. Əlavə edilir ki, ölənlərin ailələrinə və zərərçəkənlərə psixoloji yardım göstərilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
5
15
redaktor.az

10Mənbələr