BAKI, TurkicWorld
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ölkənin yerli avtomobil markası "Togg"un yeni sedan modeli olan "T10F"-in sükanı arxasına keçərək ilk test sürüşünü həyata keçirib.
TurkicWorld xəbər verir ki, Ərdoğan, İstanbulda baş tutan tədbirdə avtomobili şəxsən idarə edib və avtomobili sürərkən model haqqında ətraflı məlumat alıb.
Test sürüşü zamanı Ərdoğana Türkiyə Birjalar Birliyinin rəhbəri Rifat Hisarcıklıoğlu, Anadolu Qrupunun İdarə Heyətinin sədri Tuncay Özilhan, Zorlu Holdinqin rəhbəri Ahmet Nazif Zorlu, Turkcell İdarə Heyətinin sədri Şenol Kazancı və Tosyalı Holdinqin rəhbəri Fuat Tosyalı da müşayiət ediblər.
Onlar birlikdə T10F modelinin qarşısında xatirə şəkli çəkdiriblər.