Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.
ABŞ Prezidenti Donald Tramp Ukraynada hərbi əməliyyatları dayandırmağı bacara bilib-bilməyəcəyini bilmir.
Oxu.Az "Politico"ya istinadən xəbər verir ki, o, eyni zamanda Rusiya-Ukrayna münaqişəsinin həlli məsələsinin onun üçün prioritet olaraq qaldığını vurğulayıb.
"Bilmirəm. Bunun baş verib-verməyəcəyini sizə deyə bilmərəm", - deyə Tramp bildirib.
Münaqişənin dayandırılmasının prioritet olub-olmaması ilə bağlı suala amerikalı lider belə cavab verib: "Bəli. Bunun baş verməsini istərdim".
Xatırladaq ki, Rusiya və Ukrayna arasında münaqişənin həlli Trampın seçkiqabağı vədlərindən biri idi. Əvvəlcə o, cəmi bir gündə hərbi əməliyyatların dayandırılmasına nail ola biləcəyini söyləmişdi. Lakin prezident olduqdan sonra respublikaçı öz bəyanatını "şişirtmə" adlandırıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.