AZ

AzVİF və Elm və Təhsil Nazirliyi arasında əməkdaşlıq: rayonlarda velosiped bölmələri yaradılır (FOTO)

Bakı. Trend:

Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) və AzərbaycanRespublikasının Elm və Təhsil Nazirliyi arasında əməkdaşlıqçərçivəsində velosiped idmanının regionlarda inkişafını hədəfləyənmühüm layihəyə start verilir.

Trend xəbər verirki, əməkdaşlıq çərçivəsində həyata keçiriləcək pilot layihə ilkinmərhələdə ölkənin səkkiz rayonunu əhatə edəcək. Belə ki, 2025-ciilin sentyabr ayından etibarən Qəbələ, Quba, Ağdaş, Ağstafa,Goranboy, Tovuz, Göygöl və Gədəbəy rayonlarında Elm və TəhsilNazirliyinin balansında olan idman məktəblərində velosipedbölmələri yaradılacaq.

Layihənin təqdimatı məqsədilə Respublika Velotrekində təşkilolunan görüşdə AzVİF-in 1-ci vitse-prezidenti Sahib Ələkbərov çıxışedərək deyib ki, bu təşəbbüs rayonlarda uşaqlar və yeniyetmələrüçün peşəkar velosiped məşqlərinin təşkili, perspektivliidmançıların erkən yaşlardan müəyyənləşdirilməsi və onlarınpotensialının düzgün istiqamətləndirilməsi baxımından mühüməhəmiyyət daşıyır. O bildirib ki, bölmələr müasir avadanlıqlarla vəvelosipedlərlə təmin ediləcək, orada çalışacaq məşqçilər üçünavqust ayında Bakıda xüsusi təlimlər təşkil olunacaq.

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsilüzrə Dövlət Agentliyinin Məktəbdənkənar fəaliyyətin təşkilisektorunun müdiri Nilüfər Rəhimova və sektorun aparıcı mütəxəssisiLalə Zeynalova layihənin əsas məqsədləri və gözləntiləri barədəətraflı təqdimatla çıxış edərək bildiriblər ki, bu təşəbbüsməktəblilərin fiziki və mənəvi inkişafına xidmət edəcək, idmanamarağı artırmaqla yanaşı, onları daha aktiv və sağlam həyataistiqamətləndirəcək.

Görüşdə o da vurğulanıb ki, gələcəkdə layihənin miqyasının dahada genişləndirilməsi və digər bölgələri də əhatə etməsi nəzərdətutulur. Bu yanaşma isə ölkədə velosiped idmanının dayanıqlıinkişafı baxımından olduqca vacib addımdır.

AzVİF
AzVİF
AzVİF
AzVİF
AzVİF
AzVİF
AzVİF
AzVİF
AzVİF
AzVİF
Seçilən
1
50
az.trend.az

10Mənbələr