AZ

Serbiyada aksiyalar zamanı 107 nəfər saxlanılıb

İyulun 5-də Serbiyada keçirilən icazəsiz etiraz aksiyaları zamanı 107 nəfər saxlanılıb, 2 nəfər isə xəsarət alıb.

Operativ Media bu barədə Serbiya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, ötən gecə ərzində polis əməkdaşları 1 130 nəfərin sənədlərini yoxlayıb. Saxlanılan şəxslər Belqrad və Zrenyanin şəhərlərində qeydə alınan insidentlər zamanı tutulub.

Qeyd olunur ki, Zrenyanində baş verən hadisələr nəticəsində 2 nəfər yüngül xəsarət alıb.

Seçilən
14
50
operativmedia.az

10Mənbələr