PSJ klublararası dünya çempionatının 1/4 finalında "Bayern"i məğlub edib.


Rekord.az xəbər verir ki, oyun Atlantadakı (ABŞ) "Mercedes-Benz Stadium" stadionunda baş tutub.


Hesabı matçın 78-ci dəqiqəsində parislilərin yarımmüdafiəçisi Dezire Due açıb. Hücumçu Usman Dembele 90+7-ci dəqiqədə “qırmızı-göylər”in hesabdakı üstünlüyünü artırıb - 2:0.


İlk hissənin sonunda "Bayern"in yarımmüdafiəçisi Camal Musiala PSJ-nin qapıçısı Canluici Donnarumma ilə toqquşma nəticəsində ciddi xəsarət alıb.


Matçın 83-cü dəqiqəsində Fransa klubunun müdafiəçisi Villian Paço birbaşa qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub, əlavə vaxtda isə onun komanda yoldaşı Lukas Eernandes meydandan qovulub.


PSJ turnirin yarımfinalında "Real" - "Borussiya" matçının qalibi ilə qarşılaşacaq.