AZ

Ronaldo Jotanın dəfninə niyə getməyib?

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldonun iyulun 3-də avtomobil qəzasında həlak olan milli komanda yoldaşı Dioqo Jotanın dəfnində niyə iştirak etmədiyi məlum olub.

Publika.az xəbər verir ki, “A Bola” nəşrinin məlumatına görə, Ronaldo jurnalistlərə görə dəfn mərasimində iştirak etməmək qərarına gəlib.

Mənbənin sözlərinə görə, “Əl Nəsr”in forvardı dəfn mərasimində görünməsinin medianın diqqətinə səbəb olacağını düşünüb. Kriştianonun mərhum futbolçunun qohumları ilə aktiv əlaqədə olduğu bildirilir.

Seçilən
7
50
publika.az

10Mənbələr