AZ

Medvedevdən NATO baş katibinə sərt cavab: “Sibir düşərgəsində rus dili lazım olacaq”

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev NATO-nun baş katibi Mark Rüttenin Çin və Rusiya ilə bağlı səsləndirdiyi ssenariyə kəskin reaksiya verib.

Medvedev bildirib ki, görünür, Rütte öz ölkəsində sevilən halüsinogen göbələklərdən həddindən artıq istifadə edib: "Ona Çin və Rusiyanın Tayvan ətrafında guya birgə planı və ardınca Rusiyanın Avropaya hücumu görünür. Amma bir məsələdə haqlıdır — rus dilini öyrənməkdə fayda var. Bu, Sibir düşərgəsində lazım ola bilər.”

Xatırladaq ki, Rütte daha əvvəl “The New York Times”a verdiyi müsahibədə bildirmişdi ki, əgər Çin lideri Si Cinpin Tayvana hücum qərarı versə, ilk olaraq Rusiya prezidenti Vladimir Putinə zəng edərək ondan Avropanı yayındırmaq üçün NATO ərazisinə hücum etməsini istəyəcək.

Musavat.com

Seçilən
19
50
musavat.com

10Mənbələr