AZ

“Neftçi” fransalı futbolçu ilə müqavilə bağladı

"Neftçi” yeni mövsüm üçün növbəti transferini rəsmiləşdirib.

Bizim.Media xəbər verir ki, fransalı sağ vinger İmad Faraj artıq “Neftçi” ailəsinin üzvüdür. 26 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb.
 

"Lill" akademiyasında yetişən Faraj Fransa, Portuqaliya və Belçika liqalarında oynayıb, sonuncu klubu “AEK Larnaka” ilə Kipr kubokunun qalibi olub.


Fransanın U-16, U-17, U-18 və U-19 milli komandalarının şərəfini qoruyub.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
29
9
bizim.media

10Mənbələr