AZ

Böyük Britaniya Suriya ilə diplomatik münasibətləri bərpa edir -14 İLDƏN SONRA

Böyük Britaniya Suriya ilə diplomatik münasibətləri bərpa edir.

 

"Reuters" xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi Suriya Prezidenti Əhməd əl-Şara ilə görüşündə deyib.

 

"Suriya xalqı üçün yeni ümid var. Böyük Britaniya Suriya ilə diplomatik əlaqələri bərpa edir. Çünki bütün suriyalılar üçün sabit, daha təhlükəsiz və firavan gələcək qurmaq öhdəliyini yerinə yetirməkdə yeni hökuməti dəstəkləmək bizim maraqlarımızdadır", - Lemmi qeyd edib.

 

Suriya liderinin Mətbuat Xidmətindən bildirilib ki, tərəflər görüş zamanı ikitərəfli münasibətləri və əməkdaşlığın möhkəmləndirilməsi yollarını, həmçinin regional məsələləri müzakirə ediblər.


Qeyd edək ki, 2011-ci ildə Böyük Britaniya ilə Suriya arasında diplomatik münasibətlər dayandırılmışdı.

Seçilən
13
50
senzor.az

10Mənbələr