AZ

ABŞ-də seldə ölənlərin sayı artdı

ABŞ-nin Texas ştatında leysan yağışlar və Qvadalupe çayının səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı artıb.

Bu haqda CNN telekanalı məlumat yayıb.

Məlumata görə, Kerr qraflığında 43 nəfər, Burnet dairəsində 3 nəfər, Travis qraflığında 4 nəfər ölüb. Yay düşərgəsində olan 20-dən çox qız da daxil olmaqla onlarla insan itkin düşüb.

Texas qubernatoru Qreq Ebbott daha öncə 850-dən çox insanın təxliyə edildiyini bildirmişdi. ABŞ Prezidenti Donald Tramp federal hakimiyyət orqanlarının daşqının nəticələrinin aradan qaldırılmasında dövlət qurumlarına yardım etdiyini bildirib. 

“Cebheinfo.az”

Seçilən
13
50
cebheinfo.az

10Mənbələr